PAOK-a texniki məğlubiyyət veriləcək- tibbi kartın müddəti başa çatdığı üçünbackend

Yunanıstan klubu PAOK-a texniki məğlubiyyətin verilməsi gözlənilir.

Sportfan.az xəbər verir ki, buna səbəb Super Liqanın XXXV turunda AEK-lə keçirilən qarşılaşmada Saloniki təmsilçisinin 12 oyunçunun tibbi kartının müddətinin başa çatmasıdır.

Görüşdən sonra ehtiyat hakim bu məsələni protokolda qeyd edib. Yunanıstan çempionatının qaydalarına əsasən, PAOK-a texniki məğlubiyyət veriləcək.  AEK 48 saat ərzində rəsmi etiraz edərsə. Belə olarsa, PAOK-la xalları bərabərləşərək AEK ikinci pilləyə yüksələcək və sona bir tur qalmış Çempionlar Liqasına vəsiqə şansını artıracaq. PAOK klubunun idarə heyətində artıq bir neçə istefanın olduğu bildirilir.

Qeyd edək ki, görüş heç-heçə nəticələnib.