Parma-nın yeni baş məşqçisi bilindibackend

Parma-nın yeni baş məşqçisi müəyyənləşib.

Sportfan.az İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Entso Marseka çalışdıracaq. 41 yaşlı mütəxəssislə bağlanan müqavilənin müddəti açıqlanmayıb. Mareska bunadək Manchester City-nin gənclər komandalarında çalışıb.

Qeyd edək ki, Parma A seriyasında 2020-2021 mövsümünü sonuncu pillədə başa vuraraq elitanı tərk edib.