“Parma”da  baş məşqçisi istefasıbackend

“Parma” baş məşqçisi Roberto D’Aversanı istefaya göndərib.

Sportfan.az xəbər verir ki, bu haqda klub rəsmi saytı vasitə ilə məlumat yayıb. Belə bir qərarın verilməsinə səbəb kimi komanda daxilində birlik və harmoniyanın pozulması göstərilib.

45 yaşlı mütəxəssis 2016-cı ilin dekabrından “Parma”da işləyirdi. Ötən mövsüm onun komandası A seriyasını 11-ci yerdə başa vurub.