Partlayıcıya görə təxirə salındı- Kubokun finalıbackend

Futbol üzrə Yunanıstan Kubokunda “Olimpiakos” və AEK komandaları arasında keçirilməli olan final oyunu təxirə salınıb.

Sportfan.az xəbər verir ki, buna  stadionun yaxınlığında partlayıcı qurğunun tapılması səbəb olub.

Qarşılaşmanın iyulun 26-da təşkili planlaşdırılırdı. Yeni tarix yaxın vaxtlarda açıqlanacaq. Təxirəsalma qərarı təşkilatçıların oyun iştirakçılarına təhlükəsizlik təminatı verə bilməmələri ilə əlaqədar qəbul olunub.

Qeyd edək ki, “Olimpiakos” bu mövsüm Yunanıstan çempionu olub. AEK isə Superliqanı 3-cü pillədə başa vurub.