Perişiçi birdəfəlik transfer edir-  “Bavariya”backend

“Bavariya” yarımmüdafiəçi İvan Perişiç barədə qərarını verib.

Sportfan.az xəbər verir ki, Münhen klubu “İnter”dən icarəyə götürülən 31 yaşlı cinah oyunçusunu birdəfəlik transfer etmək fikrinə düşüb.

Xorvatiya millisinin üzvü özü də “Bavariya”da qalmaq arzusundadır. Almanlar qarşı tərəflə danışıqlara artıq start verib. “Neradzurra” isə oyunçusunun satışından 20 milyon avro qazanmaq niyyətindədir.