PFL prezidentliyinə seçkilərin vaxtı açıqlandıbackend

Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib.

Sportfan.az xəbər verir ki, seçki sentyabrın 14-də keçiriləcək.

AFFA-nın inzibati binasında baş tutacaq tədbir saat 12:00-da başlayacaq. PFL-in prezidenti Ramin Musayev qurumun Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən vəzifəyə yenidən namizədliyini irəli sürüb.

PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülməyib. Buna görə də qurumun hazırkı prezidenti Ramin Musayev seçkilərdə vahid namizəddir.