Pikedən maraqlı addım- oyuna velosipedlə gəldibackend

“Barselona”nın müdafiəçisi Jerar Pike La Liqanın XXXV turunda “Espanyol”la dünən keçirilən oyuna velosipedlə gedib.

Sportfan.az xəbər verir ki, ulduz futbolçunun “Nou Kamp”a qeyri-adi nəqliyyat vasitəsi ilə daxil olması yerli mətbuatın marağına səbəb olub.

Jurnalistlər yanlarından velosipedlə keçərək tunelə daxil olan şəxsin 33 yaşlı müdafiəçi olduğunu gec görüblər. Bu yolla Pike media nümayəndələrinin diqqətindən rahatlıqla yayına bilib.

Qeyd edək ki, “Barselona” Luis Suaresin yeganə qolu sayəsində “Espanyol” üzərində 1:0 hesablı qələbə qazanıb. Pike həmin görüşdə 90 dəqiqə meydanda olub.