Pley-off start götürür – Çempionlar Liqasındabackend

Sabah Çempionlar Liqasında pley-off mərhələsi start götürəcək.

Sportfan.az xəbər verir ki, mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq.

Əvvəlki mərhələlər bir qarşılaşmadan ibarət idisə, bu dəfə rəqiblər ardıcıl iki həftə ərzində üz-üzə gələcək. Qrup mərhələsinin son 6 iştirakçısı bu matçlardan sonra bilinəcək.

Sabah üç cütdə ilk görüşlər baş tutacaq. “Krasnodar” PAOK-la, Təl-Əviv “Makkabi”si “Zalsburq”la, “Slaviya” isə “Midtülland”la görüşəcək.

Ertəsi gün digər üç cütdə ilk matçlar oynanılacaq. Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Molde” “Ferensvaroş”u sınağa çəkəcək. Digər qarşılaşmalarda “Olimpiakos” “Omoniya”nı, “Gent” Kiyev “Dinamo”sunu qəbul edəcək.

Qeyd edək ki, cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.

Çempionlar Liqası
Pley-off, ilk oyunlar
22 sentyabr 

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)
23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Zalsburq” (Avstriya)
23:00. “Slaviya” (Çexiya) – “Midtülland” (Danimarka)

23 sentyabr 
23:00. “Olimpiakos” (Yunanıstan) – “Omoniya” (Kipr)
23:00. “Molde” (Norveç) – “Ferensvaroş” (Macarıstan)
23:00. “Gent” (Belçika) – “Dinamo” (Ukrayna)