Pley-offa 8 vəsiqə – Çempionlar Liqasındabackend

Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Sportfan.az xəbər verir ki, pley-offa 8 vəsiqə iki gün ərzində müəyyənləşəcək.

Bir matçdan ibarət və azarkeşsiz keçirilən mərhələnin ilk oyun günündə Liqa yolunda mübarizə aparan 6 komanda meydana çıxacaq. Reytinqli liqalarda çempion olmayan klubların iştirakı ilə üç matç baş tutacaq.

Pley-offun ilk komandası Kiyev “Dinamo”su ilə “Alkmaar” arasında dueldə bəlli olacaq. Digər qarşılaşmalarda PAOK “Benfika”nı, “Gent” “Rapid”i sınağa çəkəcək.

Ertəsi gün Çempionlar yolunda 5 qarşılaşma baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” Norveç “Molde”si ilə Kiprdə görüşəcək.

Bu ölkədəki digər qarşılaşmada “Omoniya” “Srvena Zvezda” ilə üz-üzə gələcək. “Ferensvaroş” Zaqrebin, “Makkabi” isə Brestin “Dinamo”sunu qəbul edəcək.

Mərhələnin son qarşılaşması Danimarkada keçiriləcək. “Midtülland” evdə “Yanq Boyz”la görüşəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları sentyabrın 22-23-də, cavab görüşləri 29-30-da baş tutacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi

15 sentyabr
Liqa yolu

21:00. “Dinamo” (Ukrayna) – “Alkmaar” (Niderland)
22:00. PAOK (Yunanıstan) – “Benfika” (Portuqaliya)
22:30. “Gent” (Belçika) – “Rapid” (Avstriya)

16 sentyabr
Çempionlar yolu

19:00. “Omoniya” (Kipr) – “Srvena Zvezda” (Serbiya)
21:00. “Ferensvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya)
21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç)
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Belarus)
22:30. “Midtülland” (Danimarka) – “Yanq Boyz” (İsveçrə)