Poçettino “Roma”nı çalışdıra bilərbackend

“Roma” baş məşçisini dəyişə bilər.

Sportfan.az AS-a istinadən xəbər verir ki, paytaxt klubunun rəhbərliyi hazırkı çalışdırıcı  Paulu Fonsekanı Maurisio Poçettino ilə əvəzləməyi düşünür. Komadanın Avropa Liqasının 1/8 finalında “Sevilya”ya uduzaraq mübarizəni dayandırmasından sonra rəhbərlik bu qərara gəlib.

Qeyd edək ki, “Roma” portuqaliyalı mütəxəssisin rəhbərliyi altında 2019/2020 mövsümündə A seriyasını 5-ci pillədə tamamlayıb.

Xatırladaq ki, P.Fonseka ötən ildən “Roma”nı çalışdırır. Onun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.