Pol Skoulz- De Xea olmasaydı ilk 10-luğa belə düşə bilməzdilərbackend

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz buraxdığı qollara görə tənqid edilən qapıçı David de Xeaya dəstək olub.

Sportfan.az xəbər verir ki, bununla bağlı o, “İnstaqram” hesabında yazıb: “Bəli, de Xea  çətin dövrünü keçirə bilər. Amma o olmasaydı,  “Mançester Yunayted” son 6 mövsümdə ilk 10-luğa belə düşə bilməzdi”.

Qeyd edək ki, D.De Xea İngiltərə kubokunun yarımfinalında “Çelsi”yə 1:3 hesabı ilə məğlub olduqları matçda buraxdığı qollara görə azarkeşlər tərəfindən sərt tənqid edilib.