Polislə münaqişə edən kapitanı milliyə çağırmayacaq- İngiltərəli baş məşqçibackend

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt “Mançester Yunayted”in futbolçusu Harri Maquayri Millətlər Liqasındakı sentyabr qarşılaşmaları üçün yığmaya çağırmaya bilər.

Sportfan.az  “The Sun”a istinadən xəbər verir ki, səbəb kimi 27 yaşlı müdafiəçinin Yunanıstanda Mikonos adasında polisə hücum etməsi göstərilir. 50 yaşlı mütəxəssis oktyabrdan Maquayrə dəvət göndərmək niyyətindədir.

Qeyd edək ki, “Mançester Yunayted”in kapitanı olan Harri Maquayr gecə klubundakı münaqişədən sonra polisə hücum etdiyi üçün avqustun 21-də saxlanılıb. O, növbəti gün sərbəst buraxılıb.

Qeyd edək ki, Millətlər Liqasında A liqasının II qrupunda yer alan İngiltərə yığması sentyabrın 5-də İslandiyanı qəbul edəcək, sentyabrın 8-də isə səfərdə Danimarka ilə üz-üzə gələcək.