“Portu”nun futboçusu “Vulverhempton”dabackend

“Vulverhempton” heyətinə yeni futbolçu cəlb edib.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi “Portu”nun yarımmüdafiəçisi Vitor Ferreyranı ( Vitinya) bu mövsümün sonuna kimi icarəyə götürüb. Premyer Liqa klubu 20 yaşlı portuqaliyalı oyunçunu birədəfəlik almaq hüququna da malikdir.

Qeyd edək ki, “Vulverhempton” bu yay 40 milyon avroya “Portu”dan Fabio Silvanı da transfer edib