Portuqaliyalı futbolçu üçün cəlbedici təklif- Azərbaycandanbackend

Portuqaliyanın “Pasuş de Ferreyra” klubunun futbolçusu Pedrinyo karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportfan.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi hazırkı klubundan ayrılacaq.

Portuqaliya oyunçuya Kiprdən və Azərbaycandanda cəlbedici təklif var. Nəşr Azərbaycan təmsilçisinin adını açıqlamayıb.

Digər bir iddiaya görə Kiprin “Anortosis” komandası Pedrinyo ilə maraqlanır. Lakin bu komandanın yarımmüdafiəçiyə yüksək məbləğ ödəyəcəyi inandırıcı deyil.

Qeyd edək ki, Pedrinyo 2016-cı ildən  “Pasuş de Ferreyra”da çıxış edir. Onun klubla sözləşməsi başa çatıb.