Premyer Liqa klubunda məşqçi ayrılığıbackend

West Bromwich klubunda baş məşqçi istefası gerçəkləşib.

sportfan.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin çalışdırıcısı Sem Ellardays mövsümün sonunda vəzifəsindən ayrılacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ellardays Premyer Liqanın 37-ci turu çərçivəsində West Ham məğlub olduqları oyundan (1:3) sonra istefa verib. 66 yaşlı mütəxəssis mövsümün sonunda klubdakı işindən ayrılacaq.

West Bromwich Premyer Liqada 26 xalla 19-cu sıradadır. Komanda bu il elitanı tərk edəcək və yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.