Premyer Liqa təmsilçilərinin mübarizəsi-  Dieqo Karlos üçünbackend

“Sevilya”nın mərkəz müdafiəçisi Dieqo Karlos İngiltərəyə yollana bilər.

Sportfan.az xəbər verir ki, 27 yaşlı futbolçu Premyer Liqa təmsilçilərinin transfer gündəmindədir.

Braziliyalı uğrunda “Liverpul”, “Tottenhem” və “Mançester Siti” arasında mübarizə qızışıb. Onunla bir müddət əvvəl “Bavariya” da maraqlanırdı. La Liqa təmsilçisi Karlosun transfer qiymətini 32 milyon avro olaraq müəyyənləşdirib.

Qeyd edək ki, Dieqo Karlos bu mövsüm La Liqada keçirdiyi 34 oyunda 2 qol vurub.