Premyer Liqada ayın ən yaxşıları müəyyənləşdibackend

İngiltərə Premyer Liqasında mayın ən yaxşı futbolçusunun adı açıqlanıb.

Sportfan.az xəbər verir ki, bu mükafata Newcastle United-in yarımmüdafiəçisi Co Uillok layiq görülüb.

O, Alisson Beker, Sadio Mane, Kristian Benteke, Qaret Beyl, Nikolas Pepe, Aaron Ramsdeyl və Rodriqonu geridə qoyub. Uillok ötən ay iştirak etdiyi 4 oyunda 4 qol vurub.

Qeyd edək ki, may ayının baş məşqçisi adı isə Liverpool-un çalışdırıcısı Yurgen Kloppa verilib.