Premyer Liqada ayın futbolçusu- Brunu Fernandeşbackend

İngiltərə Premyer Liqasında ayın futbolçusu bəlli olub.

Sportfan.az saytının məlumatına görə, “Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş ən yaxşı seçilib.

Portuqaliyalı ötən ay keçirdiyi üç matçda 3 qol vurub. 25 yaşlı orta sahə oyunçusu ardıcıl ikinci ay ən yaxşı olub. Ona qədər yalnız 6 futbolçu bunu bacarıb. Bunlar Məhəmməd Salah, Ceymi Vardi, Harri Keyn, Kriştianu Ronaldo, Dennis Berqkamp və Robbi Faulerdir.

Qeyd edək ki, iyunun ən yaxşısı olmağa digər namizədlər Antoni Marsial (“Mançester Yunayted”), Konnor Koudi, Raul Ximenes (hər ikisi “Vulverhempton”), Allan Sen-Maksimen (“Nyukasl”) və Denni İnqs (“Sauthempton”) idi.