Premyer Liqada sırasınna düşmədi- Qvardiolabackend

İngiltərə Premyer Liqası başa çatan mövsümün ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb.

Sportfan.az xəbər verir ki, siyahıya 4 mütəxəssis daxil edilib.

“Mançester Siti” ilə Premyer Liqanın gümüş medalını qazanan Pep Qvardiola “dördlük”dən kənarda qalıb. Namizədlər siyahısında isə Yurgen Klopp (“Liverpul”), Frenk Lempard (“Çelsi”), Brendan Rocers (“Lester”) və Kris Uaylder (“Şeffild Yunayted”) yer alıb.

Klopp komandasına 30 ildən sonra ölkə çempionu titulu qazandırıbsa, Lempard postundakı ilk mövsümdə komandasını Çempionlar Liqasına daşıyıb. Uzun müddət “dördlük”də olan “Lester” yalnız finişdə 5-ci sıraya enib. Uaylderin komandası isə Premyer Liqaya qayıtdığı mövsümdə orada möhkəmlənib və 9-cu yeri tutub.