Premyer Liqada yeni mövsümün təqvimi açıqlandıbackend

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün başlayacağı tarix müəyyənləşib.

Sportfan.az-ın məlumatına görə, bu barədə yarışın rəsmi tvitter səhifəsi məlumat yayıb.

Bildirilir ki, növbəti mövsüm sentyabrın 12-də start götürəcək. Çempionat gələn ili mayın 23-də başa çatacaq.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 2019/20 mövsümdə sona 1 tur qalıb.