Bu gün Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə start veriləcək.
Sportfan.az xəbər verir ki, bununla da çempionatdakı 165 günlük fasilə bitəcək. Ölkəmizdə koronaviurs pandemiyasına görə mart ayından çempionat oyunları keçirilmirdi.
İlk oyun günündə 2 matç keçiriləcək. Çempionatda ilk turun açılış görüşü Sumqayıtda olacaq. Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sumqayıt”la “Keşlə” qarşılaşacaq. Matç saat 18:30-da başlayacaq.
Günün ikinci görüşündə Avroliqadakı digər təmsilçimiz “Neftçi” “Səbail”i qəbul edəcək. Bu oyuna isə saat 20:30-da start veriləcək.
İlk turun digər qarşılaşmaları 22-23 avqust tarixlərinə təyin edilib.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Premyer Liqanın oyunları azarkeşsiz keçiriləcək.
21 avqust
18:30. “Sumqayıt” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı
“Sumqayıt Arena”
20:30. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
8-ci km stadionu
22 avqust (şənbə)
20:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”
23 avqust (bazar)
19:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu