Premyer Liqanı tərk edən komandada 7 ayrılıqbackend

West Bromwich klubu yeddi futbolçusu ilə yollarını ayırıb.

Sportfan.az  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

West Bromwich-də Kamil Qrosiçki, Kayl Edvards, Branislav İvanoviç, Li Pelte, Endryu Lonerqan, Hal Robson-Kanu və Çarlz Ostinlə yollar ayrılıb.

Premyer Liqada mövsümü 19-cu sırada bitirən West Bromwich yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq. (matc)