Premyer Liqaya yüksələn klub müqaviləni uzadır- baş məşqçi iləbackend

16 ildən sonra yenidən Premyer Liqaya yüksələn “Lids”də baş məşqçi Marselo Byelsaya yeni müqavilə təklif edilib.

Sportfan.az xəbər vrir ki, klub rəhbərliyi argentinalı mütəxəssisin müqavilə şərtlərini yaxşılaşdırmaq qərarına gəlib.

64 yaşlı çalışdırıcının hazırkı sözləşməsi gələn həftənin sonuna qədərdir. Klubun bunu daha bir il uzatmaq hüququ var. Lakin “Lids” rəhbərliyi yüksək məvacib qarşılığında Byelsaya 2022-ci ilin yayına qədər anlaşma təklif edib. Klub onun maaşını 6 milyon funt-sterlinqdən 8 milyona yüksəltmək fikrindədir.