Premyer Liqaya yüksələn son klub müəyyənləşdibackend

Növbəti mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq sonuncu klubun adına aydınlıq gəlib.

Sportfan.az  xəbər verir ki, pley-off mərhələsinin finalında Swansea City-dən güclü olan Brentford elitaya vəsiqə qazanıb.

“Uembli”də baş tutan final matçının əvvəlindəcə iki qol vurmağa nail olan Brentford bu üstünlüyünü sonadək qoruyub. Yekunda 2:0 hesabıyla qalib gələn bu komanda Norwich City və Watford-un ardından Premyer Liqaya yüksəlib.

Brentford 74 illik fasilədən sonra İngiltərə çempionatının yüksək liqasında oynamaq şansı qazanıb. Bu komanda sonuncu dəfə 1947-ci ildə elitada mübarizə aparıb.

Qeyd edək ki, 2020/21 mövsümünün yekunlarına əsasən, Fulham, West Bromwich və Sheffield United klubları Premyer Liqa ilə vidalaşıb.