Prezident idman jurnalistlərini təltif etdibackend

Prezident İlham Əliyev Milli Mətbuatın yaranmasının 145-ci illiyi münasibətilə Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sportfan.az xəbər verir ki, fərqləndirilənlər arasında idman jurnalistləri də olub.

Qol.az saytının baş redaktoru Aydın Bağırova “Əməkdar Jurnalist” adı verilib, “Xəzər TV”nin aparıcısı Sənan Abdullayev və “Report”un əməkdaşı Elşən Məmmədov isə “Tərəqqi” medalı ilə təltif edilib.