PSG-də yeni müqaviləbackend

PSG futbolçusu Yulian Drakslərlə yeni müqavilə imzalayıb.

sportfan.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə bu ilin yayı başa çatacaq müqavilənin müddəti daha üç il uzadılıb. Beləliklə, Draksler 2024-cü ilin iyununa kimi Paris təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, alman oyunçu 2017-ci ilin yanvarından PSG-nin şərəfini qoruyur.