PSJ- dən səfər qələbəsi,  “Sent-Etyen” xal itirdi- Liqa1backend

Fransa Liqa1-də IV tura yekun vurulub.

Sportfan.az xəbər verir ki, mövsümə uğursuz start götürən PSJ “Nitsa”nı səfərdə böyük hesabla məğlub edib.

“Anje”ni əliboş yola salan “Monpelye” 3-cü qələbəsini qazanıb. Mövsümə ardıcıl qələbələrlə başlayan “Sent-Etyen” “Nant” səfərində büdrəyib.

Tura iki iddialı komandanın – “Marsel”lə “Lill”in dueli ilə yekun vurulub. Komandalar hərəyə 1 xalı 1 qolla əldə edib.

Liqa1-də V tura sentyabrın 25-də start veriləcək.

Fransa Liqa1-i
IV tur
20 sentyabr
“Nitsa” – PSJ – 0:3

Mbappe, 38 (pen.), Di Mariya, 45+1, Markinyoş, 66
“Brest” – “Loryan” – 3:2
Perro, 30, Munye, 32, Onora, 62 – Herelye, 34 (avtoqol), Monkondit, 90+1
“Mets” – “Reyms” – 2:1
Nian, 18, 88 – Dia, 43 (pen.)
“Monpelye” – “Anje” – 4:1
Suque, 18, Delor, 43, 60, Molle, 86 – Bahoken, 25
“Strasbur” – “Dijon” – 1:0
Mitroviç, 80
“Nant” – “Sent-Etyen” – 2:2
Simon, 71, Emond, 85 – Ouçiçe, 2, Makon, 66
“Marsel” – “Lill” – 1:1
Germain, 85 – Luiz Arauxo, 47