PSJ-nin futbolçuları baş məşqçinin taktikasını lağa qoydularbackend

Fransa PSJ-sinin futbolçuları komandanın baş məşqçisi Tomas Tuxeldən narazıdırlar.

Sportfan.az “RMC Sport”a istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin oyun üslubu heyət üzvlərinin xoşuna gəlmir.

Hətta onlar öz aralarında zarafat edərək, 47 yaşlı baş məşqçinin taktikasını “Topu Neymara verin” adlandırırlar.

Adı açıqlanmayan futbolçulardan biri komandanın faktiki olaraq taktikasız oynadığını bildirib: “Marsel”ə 0:1 hesabı ilə uduzduğumuz matçda gördük ki, məşqçilər heyəti vəziyyətə nəzarət edə bilmir. Ona görə də heç nəyi dəyişə bilmədilər”.

PSJ-nin fransalı futbolçularının iddiasına görə, Tuxel cənubi amerikalı oyunçulara xüsusi rəğbət bəsləyir. Bundan başqa, komanda üzvləri Markinyosun dayaq yarımmüdafiəçisi kimi oynamasından və hücumçu Mauro İkardiyə az şans verilməsindən də razı deyillər.

Qeyd edək ki, PSJ Fransa çempionatının 2020/2021 mövsümündə keçirdiyi 3 oyundan 2-də uduzub.