PSJ-nin kapitanı klubdan ayrıldıbackend

PSJ-nin kapitanı Tiaqo Silva klubdan ayrılıb.

Sportfan.az xəbər verir ki, 35 yaşlı müdafiəçi  ötən gecə Çempionlar Liqasının finalında “Bavariya”ya məğlub olduqları matçdan (0:1)  sonra bu haqda açıqlama verib.

Braziliyalı oyunçu Paris təmsiliçisi ilə müqaviləsinin yenilənmədiyini bildirərək azarkeşlər və kluba təşəkkür edib: “Bu oyun PSJ-dəki son matçım idi. Çox məyusam. Azarkeşlərdən üzr istəyirəm. Mənə göstərdikləri sevgiyə görə çox təşəkkür edirəm. Bu kluba başqa bir rolda geri dönəcəyəm. Daha 3-4 il futbolçu karyeramı davam etdirmək və Qətərdə keçiriləcək dünya çempionatında oynamaq istəyirəm”.

Qeyd edək ki, Braziliya millisinin üvü 2012-ci ildən PSJ-də forma geyinirdi. O, komandanın heyətində ümumilikdə 315 oyuna çıxaraq 17 qol vurub və 5 qolun ötürməsini verib.