PSJ qələbə qazandı- Fransa Liqa1backend

Fransa Liqa1-də bir oyun keçirilib.

Sportfan.az xəbər verir ki, I turdan təxirə salınan matçda PSJ “Mets”i qəbul edib.

Evdə oynayan son çempion startdakı uğursuzluğa son qoyub. Belə ki, ilk iki oyununda quru hesabla uduzan parislilər uzatma dəqiqələrindəki qolla qalib gəlib. “Mets” isə ardıcıl 3-cü məğlubiyyətini alıb.

Qeyd edək ki, I turdan təxirə salınan “Marsel” – “Sent-Etyen” matçı sentyabrın 17-də keçiriləcək.

Fransa Liqa1
I turdan qalan oyun
16 sentyabr
PSJ – “Mets” – 1:0

Draksler, 90+3