PSJ “ Sevilya”nın qapıçısını transfer etdibackend

PSJ müqavilə ilə “Sevilya”ya məxsus olan Serxio Rikonu birdəfəlik transfer edib.

Sportfan.az xəbər verir ki, ötən ili icarə əsasənda Paris təmsilçisində keçirən 27 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Fransa klubu ispaniyalı oyunçuya görə La Liqa təmsilçisinə 6 milyon avro ödəyib.

Qeyd edək ki, S.Riko “Sevilya”nın yetirməsidir.