PSJ-yə qarşı oynamayacaq- Depressiyadadırbackend

“Atalanta”nın futbolçusu Yosip İliçiç Çempionlar Liqasınını 1/4 finalında PSJ ilə oyunu buraxacaq.

Sportfan.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi depressiyada olması səbəbindən sözügedən görüşdə iştirak etməyəcək.

İliçiçin İtaliya təmsilçisinin düşərgəsini tərk etdiyi və Sloveniyaya getdiyi bildirilib.

“Atalanta” avqustun 12-i PSJ ilə qarşılaşacaq. İliçiç bu mövsüm 34 matçda 21 qol vurub