PSV-nin hücumçusunu transfer etdi- “Atalanta”backend

İtaliyanın “Atalanta” klubu heyətinə yeni futbolçu qatıb.

Sportfan.az saytının məlumatına görə, A seriyası təmsilçisi hücumçu Sem Lammerslə müqavilə imzalayıb.

Niderlandın PSV klubundan transfer olunan forvard üçün 9 milyon avro ödənilib. Onunla müqavilənin müddəti açıqlanmır.