Püşkatmanın vaxtı bilindi- Premyer Liqanınbackend

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatma tarixi müəyyənləşib. Sportfan.az xəbər verir ki , Peşəkar Futbol Liqası (PFL) yeni mövsümlə bağlı ilk tədbiri avqustda keçirməyi planlaşdırır.

Konkret olaraq gələn ayın ilk günlərində Premyer Liqanın püşkü atılacaq və birinci turun təqvimi müəyyənləşəcək. Ancaq mərasimin hansı formatda və şəraitdə baş tutacağı hələ bəlli deyil.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında növbəti mövsümün avqustun 14-də start götürməsi planlaşdırılır