Qadın futbolçu rəqibin başına təpiklə zərbə endirdi- xəstəxanaya aparıldıbackend

Qadınlar arasında futbol üzrə Fransa çempionatının II turunda keçirilmiş “Reyms” – “Lion” matçı qalmaqallı epizodla başa çatıb.

Sportfan.az xəbər verir ki, “Lion”un oyunçusu Selma Başa kobud qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Müdafiəçi rəqibin hücumçusu Melissa Herreranın başına təpiklə vurub. Zədələnən oyunçu meydanı xərəkdə tərk edib və xəstəxanaya aparılıb.

Qeyd edək ki, qarşılaşma “Reyms”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.