“Qalatasaray” 5 milyon avroluq təklifi rədd etdibackend

“Neftçi”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin “Qalatasaray” klubu futbolçusu Mbaye Dianye üçün gələn təklifləri geri çevirib.

Sportfan.az Türkiyə mətbuatına  istinadən xəbər verir ki, Qətərin iki klubu 29 yaşlı senaqallı hücumçu üçün İstanbul təmsilçisinə 5 milyon avroluq təklif göndərib.

“Sarı-qırmızılar” hər iki komandaya rədd cavabı verib. Klub rəhbərliyi Dianyeni daha yüksək məbləğə satmaq niyyətindədir.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.