“Qalatasaray” 6 oyundan sonra qələbə qazandıbackend

Türkiyə Super Liqasında XXXIII turun mübarizəsinə start verilib.

Sportfan.az xəbər verir ki, ilk oyun günündə “Qalatasaray” meydana çıxıb.

Çempionatın bərpasından sonra keçirilən 6 oyunda qələbə üzü görməyən və son 3 görüşdə məğlub olan “cim-bom” ortabab “Göztəpə”ni sınağa çəkib. “Sarı-qırmızılılar” son dəqiqələrdə vurduğu qollarla qələbə həsrətinə son qoyub.

Orta sıralarda qərarlaşan “Qaziantep”lə “Kasımpaşa”nın duelində isə qollu bərabərlik qeydə alınıb.

Turun qalan oyunları iyulun 19-da keçiriləcək.

Türkiyə Super Liqası
XXXIII tur
18 iyul
“Qalatasaray” – “Göztəpə” – 3:1

Sarakki, 60; Əmrə Akbaba, 81; Akgün, 90+6 – Napoleoni, 66
“Qaziantep” – “Kasımpaşa” – 2:2
Muhammet Dəmir, 6; Maksim, 78 – Tiam, 13, 37