“Qalatasaray” Bakıda bu “11-liy”lə meydana çıxacaqbackend

Avropa Liqasının II tənifat mərhələsində təmsilçimiz “Neftçi”nin rəqibi olan “Qalatasaray” klubu oyunun hazırlıqlarını davam etdirir.

Sportfan.az  “Milliyet” nəşrinə istinadən xəbər verir ki, “sarı –qırmızılar”ın Bakıdakı matça çıxacağı əsas heyət artıq bəllidir.

Bildirilir ki, “Neftçi” ilə qarşılaşmada İstanbul klubunun qapısını Fatih Öztürk qoruyacaq. Müdafiədə Omar Elabdellaui, Rayan Donk, Markao, Marselo Saraççi yer alır.

Terim mərkəzdə Taylan Antalyalı və Yunis Belhandaya forma verəcək. Yarımmüdafiədə isə Rayan Babel, Sofyan Fequli və Emre Kılınç mübarizə aparacaq.

Komandanın qol ümidi isə Mbaye Dian olacaq.

Super Liqanın II turunda “Başakşəhər”lə qarşılaşacaq “Qalatasaray”da baş məşqçi Fatih Terimin təsnifat oyununda rotasiya edəcəyi vurğulanıb. Təcrübəli mütəxəssisin bu görüşdə komandanın əsas üzvləri Arda Turan və Radamel Falkaonu ehtiyatda saxlaması gözlənilir.

“Neftçi” – “Qalatasaray” matçı sentyabrın 17-də Bakı Olimipya Stadionunda keçiriləcək