“Qalatasaray” kapitan kimi meydana çıxardı- tarixə düşdübackend

Türkiyə Superliqasının 32-ci turunda “Ankaragücü” ilə səfər matçı (0:1) “Qalatasaray”ın futbolçusu  Emin Bayram üçün əlamətdar olub.

Sportfan.az xəbər verir ki, baş məşqçi Fatih Terim kapitanlıq sarğısını 17 yaşlı bu müdafiəçiyə həvalə edib.

Bununla da Emin Bayram “Qalatasaray”ı kapitan sarğısı ilə meydana çıxaran ən gənc futbolçu kimi klubun tarixinə düşüb. O, həm də Superliqada ilk dəfə oyuna start heyətdə başlayıb.