“Qalatasaray” sabiq futbolçusunu qaytardıbackend

“Qalatasaray” “Rizəspor”un yarımmüdafiəçisi Oğulcan Çağlayanı heyətinə qatıb.

Sportfan.az xəbər verir ki, Rizə klubu ilə müqavilə müddəti başa çatan 24 yaşlı hücumameyilli oyunçu “cim-bom”a havayı başa gəlib.

“Sarı-qırmızılılar” rəsmi sayt vasitəsilə Oğulcanla 4 illik saziş imzalandığını açıqlayıb. Bu müddət ərzində futbolçu ümumilikdə 18 milyon lirə qazanc əldə edəcək. Çağlayan keçidlə bağlı təəssüratlarını bölüşüb və 2013-cü ildə ikinci komandasında oynadığı “Qalatasaray”a döndüyü üçün xoşbəxt olduğunu söyləyib.