“Qalatasaray” son çempionu məğlub etdibackend

Türkiyə Super Liqasında II turun mərkəzi görüşü çempion “Başakşehir”lə “Qalatasaray” komandaları arasında keçirilib.

Sportfan.az-ın xəbərinə görə, görüş “sarı-qırmızılar”ın qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları 14-cü dəqiqədə Radamel Falkao, 76-cı dəqiqədə isə Yunes Belhanda vurub. Bununla da “Cim-Bom” 6 matçlıq fasilədən sonra çempionatda qalib gəlməyi bacarıb.

Bu qələbə sayəsində “Qalatasaray” xallarını 6-ya yüksəldib. İkinci matçından da məğlubiyyətlə ayrılan “Başakşehir” isə son pillələrdə qalıb.