“Qalatasaray”dan daha bir transfer- Norveçli futbolçubackend

Mövsümün sonunda heyətində ciddi dəyişikliklər edəcək “Qalatasaray”ın daha bir transferi müəyyənləşib.

Sportfan.az xəbər verir ki, Türkiyə klubu “Olimpiakos”un sağ cinah müdafiəçisi Omar Elabdellauini heyətinə qatıb.

Yunanıstan təmsilçisi ilə müqavilə müddəti başa çatan 29 yaşlı oyunçu “cim-bom”a havayı başa gəlib. Norveç millisinin üzvü mövsüm başa çatan kimi Super Liqa klubu ilə münasibətləri rəsmiləşdirəcək. Onun illik məvacibi 1,5 milyon avro olacaq.

Qeyd edək ki, “Qalatasaray” buna qədər Əmrə Kılınç, Oğulcan Çağlayan və Kərəm Aktürkoğlunu transfer edib.