“Qalatasaray”dan qələbə, “Beşiktaş” mübarizəni dayandırdı- Avropa Liqasıbackend

Avropa Liqasında III təsnifat mərhələsi başa çatıb.

Sportfan.az xəbər verir ki, ikinci oyun günündə 34 qarşılaşma baş tutub.

Çempionlar yolunda 9, Əsas yolda 25 matç keçirilib. Azərbaycan bu mərhələdə təmsil olunmayıb.

Qonşu Türkiyənin üçü klubu növbəti sınağına çıxıb. Norveçdə “Rusenborq”un qonağı olan “Alanyaspor” minimal hesabla uduzaraq avrokuboklarla vidalaşıb. İstanbul klubları isə evdə meydana çıxıb. “Qalatasaray” Xorvatiya “Hayduk”u ilə görüşüb. Matçın taleyini ikinci hissədə vurulan qollar həll edib. “Sarı-qırmızılılar” “Neftçi”nin ardından “Hayduk”u da mübarizədən kənarlaşdırıb.

“Beşiktaş” Portuqaliya təmsilçisi “Rio Ave” ilə üz-üzə gəlib. Oyunun 120 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. Növbəti mərhələyə vəsiqə penaltilər seriyasında bəlli olub. İstanbullular “lotereya”da uduzaraq qitə kubokları ilə vidalaşıb.

Turnirin favoritləri sırasında göstərilən “Milan” və “Tottenhem” rəqiblərinə sensasiya imkanı verməyiblər.

Avropa Liqası
III təsnifat mərhələsi
24 sentyabr
Əsas yol

20:00. “Fehervar” (Macarıstan) – “Reyms” (Fransa) – 0:0 (penaltilərlə 4:1)
20:00. “Viktoriya” (Çexiya) – “Sonderyuske” (Danimarka) – 3:0
20:30. “Rostov” (Rusiya) – “Makkabi” (Hayfa, İsrail) – 1:2

21:00. “Mura” (Sloveniya) – PSV (Niderland) – 1:5
21:00. “Beşiktaş” (Türkiyə) – “Rio Ave” (Portuqaliya) – 1:1 (penaltilərlə 2:4)
21:00. “Malmö” (İsveç) – “Lokomotiva” (Xorvatiya) – 5:0
21:00. “Rusenborq” (Norveç) – “Alanyaspor” (Türkiyə) – 1:0

21:00. “Şarlerua” (Belçika) – “Partizan” (Serbiya) – 2:1
21:00. MOİK (Bolqarıstan) – B-36 (Farer adaları) – 3:1

21:30. “Hapoel” (Beer-Şeva, İsrail) – “Motervell” (Şotlandiya) – 3:0
21:30. “Styaua” (Rumıniya) – “Slovan” (Çexiya) – 0:2

22:00. “Kopenhagen” (Danimarka) – “Pyast” (Polşa) – 3:0
22:00. “Qalatasaray” (Türkiyə) – “Hayduk” (Xorvatiya) – 2:0
22:00. “Qranada” (İspaniya) – “Lokomotivi” (Gürcüstan) – 2:0
22:00. “Şkendiya” (Şimali Makedoniya) –  “Tottenhem” (İngiltərə) – 1:3

22:00. “Standard” (Belçika) – “Voyvodina” (Serbiya) – 2:1
22:00. APOEL (Kipr) – “Zrinski” (Bosniya və Herseqovina) – 2:2 (penaltilərlə 4:2)
22:15. “Volfsburq” (Almaniya) – “Desna” (Ukrayna) – 2:0

22:30. “Bazel” (İsveçrə) – “Anartosis” (Kipr) – 3:2
22:30. “Milan” (İtaliya) – “Bodo Qlimt” (Norveç) – 3:2
22:30. “Sankt-Qallen” (İsveç) – AEK (Yunanıstan) – 0:1
22:30. LASK (Avstriya) – “Dunayska” (Slovakiya) – 7:0

22:45. “Riyeka” (Xorvatiya) – “Kolos” (Ukrayna) – 2:0
23:00. “Sportinq” (Portuqaliya) – “Aberdin” (Şotlandiya) – 1:0
23:00. “Villem” (Niderland) – “Reyncers” (Şotlandiya) – 0:4

Çempionlar yolu
18:00. “Ararat-Armeniya” (Ermənistan) – “Selye” (Sloveniya) – 1:0
19:30. “Kuopio” (Finlandiya) – “Suduva” (Litva) – 2:0

21:00. “Riqa” (Latviya) – “Seltik” (Şotlandiya) – 0:1
21:00. “Yurqorden” (İsveç) – ÇFR (Rumıniya) – 0:1

22:00. “Klasksvik” (Farer adaları) – “Dinamo” (Tbilisi, Gürcüstan) – 6:1
22:00. “Sarayevo” (Bosniya və Herseqovina) – “Buduçnost” (Monteneqro) – 2:1

22:00. “Şerif” (Moldova) – “Dandalk” (İrlandiya) – 1:1 (penaltilərlə 3:5)
22:30. “Floriana” (Malta) – “Flora” (Estoniya) – 0:0 (penaltilərlə 2:4)

22:30. “Legiya” (Polşa) – “Drita” (Kosovo) – 2:0