Qarabağ-da yeni transferbackend

“Qarabağ”ın gözlənilən transferi reallaşıb.

Sportfan.az  xəbər verir ki, Ağdam təmsilçisi Kady Yuri Borqes Malinovskini heyətinə cəlb edib. Braziliyalı hücumçu ilə bağlanan müqavilə ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsüm Portuqaliyanın 2-ci divizionunda “Vilafrenkensi” klubunda çıxış edib, 27 oyuna 5 qol vurub. O, karyerasına “Koritiba”da başlayıb və müxtəlif illərdə Braziliyada “Londrina”, Portuqaliyada “Eştoril” kimi klublarda oynayıb.