“Qarabağ” italiyalı hücumçu ilə danışıqlar aparırbackend

“Qarabağ” klubu İtaliyanın “Kyevo” klubunun futbolçusu Manuel Puççarelli ilə maraqlanır.

Sportfan.az  “Lanazione.it” saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə danışıqlar davam etdirilir.

İddiaya görə, italiyalı futbolçunun özü də Azərbaycan çempionunun formasını geyinməkdə maraqlıdır.

“Qarabağ”ın baş meneceri Asif Əsgərov “Report”a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib: “Mən real məsələlərdən danışıram. Həmin futbolçu nə bizim düşərgəmizdədir, nə də başqa bir şey var. Ona görə bu barədə nə isə deyə bilmərəm. Transfer olanda ictimaiyyətə açıqlama veririk”.

Qeyd edək ki, “Empoli”nin yetirməsi olan Manuel Puççarelli yalnız ölkəsində çıxış edib. O, “Qavorrano” klubunun da formasını geyinib.