“Qarabağ” “Keşlə” ilə qarşılaşacaq- Bu günbackend

Qəbələdə təlim-məşq toplanışında olan “Qarabağ” və “Keşlə” növbəti dəfə üz-üzə gələcəklər.

SPORTFAN.AZ xəbər verir ki, komandalar bu gün qüvvələrini yenidən sınayacaqlar. Görüş saat 19:00-da başlayacaq.

Xatırladaq ki, bu, avrokubok iştirakçılarımızın Qəbələdə 4-cü sınaq matçı olacaq. Bu komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirmiş və Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınmışdı. Avroliqa təmsilçimiz “Keşlə” bundan sonra “Zirə”ni 1:0, “Səbail”i 2:0 hesabıyla məğlub edib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” isə növbəti görüşlərində “Sabah”a 1:2 hsabıyla uduzub, “Neftçi”yə 1:0 hesabıyla qalib gəlib.