“Qarabağ” Kevin Medinanın transferini açıqladı- Rəsmibackend

“Qarabağ” Kevin Medinanı rəsmən transfer edib.

Sportfan.az xəbər verir ki, bu haqda klubun rəsmi sosial şəbəkələri məlumat yayıb. “Xoş gəldin, Kevin Medina” deyə klubun paylaşımında bildirilir. 27 yaşlı kolumbiyalı mərkəz müdafiəçisi ilə 2+1 illik müqavilə imzalandığı qeyd edilir.

Qeyd edək ki, Kevin Medinanın son klubu Portuqaliya “Şaveş”i olub.

Xatırladaq ki, “Qarabağ” daha əvvəl müdafiəçi Donald Gerye və qapıçı Emil Balayevi heyətinə qatıb.