“Qarabağ” – “Molde” oyununa kiprlilər təyinat aldıbackend

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın “Molde” ilə keçiriləcək oyunu üçün hakim-inspektor və UEFA nümayəndəsi açıqlanıb.

Sportfan.az xəbər verir ki, UEFA Kiprdə keçiriləcək matça yerlilər təyin edib. Mixalis Arquru hakimlərin işinə qiymət verəcək. UEFA nümayəndəsi isə Adonis Prokopyu olacaq.

Görüşü serbiyalı Scran Yovanoviçin başçılıq etdiyi hakimlər briqadasının idarə edəcəyi isə daha əvvəl açıqlanmışdı.

Qeyd edək ki, sentyabrın 16-da “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.