“Qarabağ” “Sabah”a qarşı – YENİLƏNİRbackend

Azərbaycan Premyer Liqasında I tur davam edir.

Sportfan.az xəbər verir ki, bu gün daha bir oyun keçiriləcək.

Son çempion “Qarabağ” turun mərkəzi qarşılaşmasında “Sabah”ı qəbul edəcək. Mövsümə Çempionlar Liqasındakı qələbə ilə başlayan Ağdam təmsilçisi Premyer Liqaya da 3 xalla start götürməyi hədəfləyir.

Yay fasiləsində heyəti bir qədər də güclənən və “Qarabağ”a əsas rəqiblərdən sayılan “Sabah” isə çempiona “dişini” göstərmək və uğurlu başlanğıc etmək niyyətindədir. İndiyə qədər “Qarabağ” üzərində qələbəsi olmayan bakılılar ispaniyalı baş məşqçi Visente Qomesin ölkəmizdəki debüt matçında bu tilsimi qırmağı planlaşdırır.

Qeyd edək ki, tura avqustun 23-də keçiriləcək “Qəbələ” – “Zirə” (19:00) oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
I tur
22 avqust
20:00. “Qarabağ” – “Sabah”
Hakimlər: 
Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Azersun Arena”