“Qarabağ” “Sabah”la qarşılaşacaqbackend

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Sportfan.az xəbər verir ki, Ağdam klubu “Azersun Arena”da “Sabah”la qarşılaşacaq. Matç saat 20:00-da start götürəcək.

Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilən görüşdə “Sabah” 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Sabah” toplanış çərçivəsində həmçinin “Sumqayıt”a (1:0), “Qarabağ”a (2:1), “Neftçi”yə (5:2), “Qəbələ” (2:0) qalib gəlib. “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) məğlub edib.

Xatırladaq ki, yeni mövsümə hazırlaşan klublarımızın yoxlama oyunları  koronavirus səbəbindən qapalı keçiriləcək. Sınaq matçlarında iki komandadan başqa digər şəxslər iştirak etməyəcək.